Belediyye.info 2015-ci ilin may ayının 25-i tarixindən fəaliyyətdədir.

21-05-2024 , 17:10

Ən çox oxunanlar

Bu gün Bu həftə Bu ay
Gündəlik Xəbərlər
- +

"Azərpoct" MMC: "Fatmayi kənd poçt şöbəsinin fəaliyyətinin dayandırılmasının bələdiyyə yığımlarına mənfi təsiri müşahidə olunmur.”

Bu günlərdə Belediyye.infoda “Fatmayı kəndində poçt şöbəsinin bağlanması həm də bələdiyyənin büdcə gəlirlərinin azalmasına səbəb olur” başlıqlı  məlumat yerləşdirilmişdi.  

(https://belediyye.info/xeberler/baki/8929)

“Azərpoçt”MMC-dən məsələ ilə bağlı redaksiyanın elektron poçtuna operativ şəkildə açıqlama daxil olub. Onu da əlavə edək ki, açıqlamada qeyd edilən bir çox məqamlarla razılaşmasaqda onu  olduğu təqdim edirik. Ancaq yaxın günlərdə “Azərpoçt”MMC-də aparılan optilmallaşdırmaının bələdiyyələrə və vətəndaşlara yaratdığı, yumşaq desək, çətinliklərlə bağlı geniş təhlilİ təqdim edəcəyik. Hər halda qaldırılan məsələyə operativ reaksiya verdiklərinə görə qurum əməkdaşlarına təşəkkür düşür. 

“2022-ci ildən optimallaşma proseslərinə başlayan “Azərpoçt”un əsas məqsədlərindən biri də poçt xidmətlərinin icrasına xələl gəlmədən zərərlə işləyən poçt şöbələrinin fəaliyyətini dayandırmaq və iqtisadi səmərəliliyi təmin etməkdir.

Proseslərin məntiqi davamı olaraq regionlaşma mərhələsinə keçid edilib. Nəticə etibarilə Sumqayıt və Abşeron ərazilərində yerləşən poçt şöbələrinin vahid mərkəzdən idarə edilməsi məqsədilə Sumqayıt Regional Poçt Filialı yaradılıb və Fatmayi kənd poçt şöbəsinin fəaliyyəti dayandırılaraq onun xidmətləri Mehdiabad kənd poçt şöbəsinə (AZ0118)  həvalə olunub. Hazırda Fatmayi kəndində yaşayan sakinlərə gələn poçt göndərişləri Mehdiabad poçt şöbəsi vasitəsilə çatdırılır.

Fatmayi kənd poçt şöbəsinin bağlanmasına gəldikdə isə əsas səbəb kimi, 2022-ci ildə şöbənin zərərinin 8000 AZN, 2023-cü ilin ilk doqquz ayında isə 9000-dən çox olmasını göstərmək olar.

Qeyd edək ki, təkcə 2023-cü il ərzində Fatmayi kənd poçt şöbəsindən 290 ədəd poçt göndərişi həyata keçirilib. Göründüyü kimi, xidmət sayı günə birdən də az düşüb. Xüsusilə bildirək ki, Fatmayi bələdiyyəsinin yığımlarının yalnız 20%-i Fatmayi poçt şöbəsinin payına düşür, qalan 80% yığım isə Mehdiabad kənd poçtu və digər poçt şöbələrinin payına düşür.

Beləliklə, Fatmayi kənd poçt şöbəsinin fəaliyyətinin dayandırılmasının həm əhalinin xidmətlərə əlçatanlığının təmin olunmasına, həm də bələdiyyə yığımlarına mənfi təsiri müşahidə olunmur.”

Belediyye.info

Rəylər

0 Rəy


Rəy yaz

Oxşar xəbərlər

Bələdiyyə sədri həbs edildi

Gündəlik Xəbərlər
12-06-2024

Nazir rəisi işdən çıxardı

Gündəlik Xəbərlər
12-06-2024

ÜÇ SUAL ÜÇ CAVAB -soruşun cavab verək

Gündəlik Xəbərlər
05-06-2024